Ukraynada daha bir rus generalın ölümü təsdiqləndi

  Ukraynada daha bir    rus generalın ölümü    təsdiqləndi
  30 Noyabr 2023    Oxunub:1324
Xarici KİV Rusiya Silahlı Qüvvələrinin general-mayoru Vladimir Zavadskinin öldürülməsi barədə məlumatlar yayır.
"Kreml" Regionlararası ictimai təşkilatı (MROO) faktı təsdiq edib. Qeyd edilir ki, o, noyabrın 28-də dünyasını dəyişib. MROO-nun yaydığı məlumatda generalın ​​ölüm səbəbi göstərilməyib.

Rusiyanın daha bir generalı müharibədə öldü
"Novorossiya" xəbər agentliyi (Tsargrad Media-ya məxsusdur-red.) 45 yaşlı Zavadskinin Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında dünyasını dəyişdiyini yazıb. UNİAN isə generalın Dnepr çayının sol sahilində, Xerson vilayətinin Krınki kəndi yaxınlığında zirehli transportyordan atəşə tutulmasından sonra öldüyünü yazıb.

“VÇK-OQPU” Telegram kanalının məlumatına görə, Vladimir Zavadski cəbhədən arxada, təmas xəttindən uzaqda mina partlamasından ölüb.

Qeyd edək ki, Vladimir Zavadski Rusiya Silahlı Qüvvələrinin 14-cü Ordu Korpusunun komandir müavini kimi Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edib.

Rusiya müharibəyə başlayandan bu günə kimi xeyli sayda rus general ölüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   General  





Xəbər lenti