"Bizim üçün qeyri-dost ölkə yoxdur, dost olmayan hakimiyyət var"

"Bizim üçün qeyri-dost ölkə yoxdur, dost olmayan hakimiyyət var"
  01 Dekabr 2023    Oxunub:1215
Dövlətlər öz hökumətlərinin qərarlarından asılı olaraq Rusiya üçün dost olmayan ölkələr siyahısına daxil edilirlər. Lakin Rusiyanın nəzərində heç bir dost olmayan ölkə yoxdur.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bildirilib.

"Borrell və Blinken qorxaqdılar" - Lavrov
"Bizim üçün dost olmayan ölkə və dost olmayan xalq yoxdur. Elə hökumətlər var ki, dövlət adından bizim qeyri-dost hesab etdiyimiz qərarlar qəbul edirlər. Biz də həmin hökumətləri müvafiq siyahıya salırıq", - Rusiya XİN rəhbəri bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti