Süni İntellekt "Həmas"a qarşı: Qorxduğumuz gələcək gəlir... |
“Biz İsrailin mövcudluğunu etiraf etdiyi nüvə silahı probleminin unudulmasına imkan verməyəcəyik. Netanyahu təkcə hərbi cinayətkar kimi deyil, həm də Miloşeviçə bənzər “Qəzza qəssabı” kimi mühakimə olunacaq”,- Türkiyə lideri bildirib.
Ərdoğan hesab edir ki, İslam ölkələri Qəzzanın bərpası üçün hazırlığa indidən başlamalıdır.
"Qəzzə Fələstin torpağıdır. Qəzza fələstinlilərə məxsusdur və həmişə də onlara məxsus olacaq. Qəzzanı və Fələstini qorumaq Məkkə, Mədinə və İstanbulu qorumaq deməkdir. Evimizə yanğın, ağrı və fəryad çatana qədər gözləsək, bir gün bu da olacaq", - deyə Ərdoğan bildirib.
Miloşeviç 1990-2000-ci illərdə Yuqoslaviya Federativ Respublikasına rəhbərlik edib. Onun hakimiyyəti dövründə ölkədə vətəndaş müharibəsi, eləcə də Kosovo muxtar vilayətini Yuqoslaviyanın tərkibində qoruyub saxlamaq üçün müharibə baş verib.
2001-ci ilin iyununda Belqrad keçmiş prezidenti Haaqa Tribunalına ekstradisiya edib. Miloşeviçin məhkəməsi 2002-ci ilin fevralında başlayıb. Siyasətçi 2006-cı il martın 11-də 5 ilə yaxındır istintaq altında olduğu Haaqa Tribunalının həbsxana kamerasında miokard infarktından 65 yaşında vəfat edib. Onun ölüm şəraiti hələ tam aydınlaşdırılmayıb.
Həmçinin oxu:
Ukraynada qadınlara kişi hərbi forması verilir
Yardımlar dayansa, Rusiya dərhal qələbə qazanacaq - "The Hill"
Şahanə Rəhimli
AzVision.az