"Məişət zorakılığı ilə bağlı müraciətlər 3 dəfə artıb"- Bahar Muradova |
"Bu, bizə yaraşan haldır? Bizim məqsədimiz budur? Selektiv abortların qarşısının alınması üçün qanunlar qəbul edilib, cərimələr müəyyən edilib. Lakin nəticələr göstərir ki, işləmir. Demək, müdaxilələr var. Cəzalandırma tədbirləri gücləndirilməlidir. İnanlar arasında ictimai qınaq formalaşmalıdır. Az yaşlı qızların ərə verilməsində polisin gəlməsini, Komitənin müdaxiləsini gözləyirik. İnsanlar qarşılaşdıqları hadisəyə niyə reaksiya vermirlər?
Gözlərini yumurlar ki, ailədaxili məsələdir, qarışa bilməzlər. Lakin gələcəkdə özləri də belə hallarla qarşılaşa bilərlər. İctimai qınaq güclənsə, vəziyyət dəyişilə bilər".
"100 uşaq məişət zorakılığa məruz qalıb"
Aytən Zəhra
AzVision.az