Rusiyanın "Yasen"i NATO-nu təşvişə salıb

   Rusiyanın "Yasen"i    NATO-nu təşvişə salıb
  06 Dekabr 2023    Oxunub:1015
Hazırda Ukraynada ağır müharibə aparan Rusiya ordunu sualtı qayıqlarla daha da gücləndirmək istəyir.
ABŞ-nin məşhur "Business Insider" nəşri yazıb ki, "Moskva yeni “Yasen” sinifli sualtı qayıqlarının sayını artıra bilər". Bu isə NATO-nu ciddi şəkildə narahat edir.

"Sentinel" Kiyevə veriləcək silahlar siyahısında birinci yerdədir - "Politico"
“Moskva Hərbi Dəniz Qüvvələrinə sərmayə yatırmağa davam edir. Müasir "Yasen-M" sinifli sualtı qayıqlar bir neçə təkmilləşdirmədən keçib. O cümlədən, modernləşdirilmiş hidrolokator və əvvəlki modellərdən daha kiçik, səssiz reaktor quraşdırılıb. Bu, onlara həftələrlə Atlantik okeanında aşkarlanmadan hərəkət etməyə, NATO qüvvələrindən yayınmağa imkan verir", - nəşr yazıb.

Bundan əlavə, müəllif "Yasen"in "Zirkon" hipersəs raketləri ilə təchiz edilməsinin mümkünlüyündən də söz açıb. Bu isə ABŞ üçün potensial təhlükə yaradır.

“Bu yay Rusiya gəmiqayırma rəsmisi "Yasen-M" sualtı qayıqlarını “Zirkon” raketləri ilə təchiz etmək səylərinin artıq başladığını söyləyib”, - "Business Insider" yazıb.

Xatırladaq ki, noyabrın 30-da Rusiya Hərbi Dəniz Qüvvələrinə iki yeni sualtı qayıq verilməsi barədə məlumat yayılmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   NATO  





Xəbər lenti