"Sentinel" Kiyevə veriləcək silahlar siyahısında birinci yerdədir - "Politico"

 "Sentinel" Kiyevə veriləcək silahlar siyahısında birinci yerdədir -    "Politico"
  06 Dekabr 2023    Oxunub:1363
ABŞ-nin məşhur “Politico” qəzeti Kiyevin bu qış döyüşləri davam etdirə bilməsi üçün ehtiyac duyduğu silahlardan yazıb. Öz mənbələrinə istinad edən nəşr qeyd edir ki, hava hücumundan müdafiə sistemlərinə aid xüsusi radarlar Ukraynaya veriləcək hərbi texnikalar siyahısında birinci yerdədir.
Məqalədə Ukraynanın yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərinin bu həftə ABŞ və NATO ölkələrindən olan həmkarları ilə bir sıra mühüm görüşlər keçirmək üçün Vaşinqtona getməsi xatırlanıb. Çünki Kiyev qısa fasilədən (Yaxın Şərqə silah axını artdığı üçün yaranan fasilə-red.) sonra yenidən silah yardımı alan və istehsal edən bir mərkəz çevrilmək istəyir.

Çərşənbə günü başlayacaq görüşlərin təkcə hazırda davam edən müharibəyə deyil, həm də Ukraynanın yaxın illərdə silah istehsal etmək qabiliyyətinə böyük təsiri olacaq.

İki ildir güclü hücumlara məruq qalan ukraynalıların qış aylarında ehtiyac duyacağı və müttəfiqlərdən gözlədiyi hərbi yardımlar siyahısında hava hücumundan müdafiə avadanlıqları əsas yer tutması başa düşüləndir. Xüsusilə Kiyev ballistik raketləri, pilotsuz uçuş aparatlarını, stasionar və digər təyyarələri izləmək istəyi. Zelenskinin kadrları bunun üçün nəzərdə tutulmuş "Sentinel" qısa mənzilli radarların axtarışına çıxıb.

Qərb Kiyevin silah istəyinə vaxtında cavab vermədi - "The Times"
Qeyd edək ki, "AN/MPQ-64 Sentinel" radarları düşmən hədəflərinin yeri haqqında qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə siqnal ötürmək üçün istifadə olunur.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbdən gələn yardımlarda ləngimə görmədiyini demişdi.

Son günlər Qərb mediasında Ukraynaya dəstəyin azalması, Rusiyanın qələbə əldə edəcəyinə dair silsilə yazılar dərc olunur.

Britaniyanın məşhur “The Guardian” qəzeti Vladimir Putinin qələbəyə yaxın olması barədə xəbərdarlıq etmişdi: “Bu yay Ukraynanın Qərb silahlarından istifadə etməklə böyük şəhərləri geri ala biləcəyi və bəlkə də ölkə daxilindəki Rusiya qüvvələri ilə əlaqəni kəsməyi bacaracağına böyük ümidlər var idi. Amma bu baş vermədi. Əvəzində müharibənin surəti dözülməz şəkildə yavaşladı. Dünyanın diqqətinin Yaxın Şərqə yönəlməsi Ukrayna üçün təhlükəli vəziyyət yaradır. Belə bir vaxtda Vladimir Putin Ukraynada üstünlüyü ələ ala bildi. Zaman onun tərəfindədir”.

Hətta iş o yerə çatıb ki, məşhur amerikalı teleaparıcı Laura İnqram Ukrayna əleyhinə qalmaqallı çağırışlar da edib. O, Fox News-un efirində təklif edib ki, ABŞ Ukraynaya deyil, birbaşa Rusiyaya silah versin: “Bəlkə Pentaqon Rusiyaya birbaşa silah göndərməlidir? Axı, silahlar onsuz da onların əlinə keçəcək”.

"The Times" da bu mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Nəşr iddia edir ki, Qərb Kiyevin silah istəyinə vaxtında cavab verməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Silah   Yardım   Rusiya   ABŞ  





Xəbər lenti