Rusiya cəbhədə öz məqsədlərinə çatacaq? - “La Dépêche”dən şok iddia |
Müəllif Rusiya ordusunun şəxsi heyətinin sayı və hərbi texnikanın miqdarı kimi üstünlükləri də önə çəkib.
Xatırladaq ki, bundan öncə “The Wall Street Journal”ın köşə yazarı Metyu Lüksmur Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarının yeni güclü əməliyyatlara başlaması barədə məqalə dərc etmişdi. Qeyd edilirdi ki, dəniz piyadaları Rusiya mövqelərini yarmaq üçün Dneprdən keçərək əks-hücum əməliyyatlarını bərpa etməyə çalışırlar. Onun sözlərinə görə, xüsusi təyinatlı hərbçilər gecə saatlarında kiçik qruplarla çaydan keçirlər. Müəllif onu da qeyd edib ki, rəsmi Kiyev itirilmiş ərazilərdə öz mövcudluğunu bərpa etməyə və gücləndirməyə çalışır.
Qeyd edək ki, son zamanlar dünya mediasında Ukrayna münaqişəsinə dair təzadlı və maraqlı məlumatlar yayılır. Məsələn, məşhur “El Mundo” nəşri yazır ki, Zelenski ilə ordu arasında konflikt yaşanır...
Bundan başqa, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukrayna münaqişəsinin “dondurulması"nın tapşırıldığı da iddia olunur.
İki gün öncə isə, geosiyasət və Rusiya üzrə tanınmış mütəxəssis Karol Qrimo-Potte “La Dépêche”də məqalə dərc edərək Kremlin qələbəyə yaxın olduğunu yazmışdı: "Ukraynanın əks-hücumlarının uğursuzluğu, İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişə, eləcə də ABŞ-dakı daxili siyasi problemlər Rusiyanın cəbhədə öz məqsədlərinə çatmasına kömək edir".
Hətta iş o yerə çatıb ki, məşhur amerikalı teleaparıcı Laura İnqram Ukrayna əleyhinə qalmaqallı çağırışlar da etdi. O, Fox News-un efirində təklif edib ki, ABŞ Ukraynaya deyil, birbaşa Rusiyaya silah versin: “Bəlkə Pentaqon Rusiyaya birbaşa silah göndərməlidir? Axı, silahlar onsuz da onların əlinə keçəcək”.
Tural Tağıyev
AzVision.az