Qərb Kiyevin silah istəyinə vaxtında cavab vermədi - "The Times" |
Son bir ayda bir sıra siyasətçilər və KİV-lər qeyd ediblər ki, indi bütün ictimaiyyətin diqqəti İsrailə və Qəzza zolağı ətrafındakı vəziyyətə yönələcək. Ukrayna münaqişəsi arxa plana keçib. Bildirilir ki, indi məlum proseslərə görə Kiyev Qərb müttəfiqlərindən xeyli az pul ala biləcək.
Xatırladaq ki, ötən həftə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Avropa Sosialistlər Partiyasının İspaniyanın Malaga şəhərində keçirilən Konqresində çıxışı zamanı deyib ki, ABŞ-ın Ukraynaya yardımı azalacaq. Ona görə də Avropa Birliyi ölkələri bunu kompensasiya etməyə siyasi cəhətdən hazır olmalıdır.
Tural Tağıyev
AzVision.az