Qərb Kiyevin silah istəyinə vaxtında cavab vermədi - "The Times"

   Qərb Kiyevin silah istəyinə vaxtında cavab vermədi -    "The Times"
  06 Noyabr 2023    Oxunub:1247
"Bəzi ukraynalı zabitlər əmindirlər ki, Qərb ölkələri Kiyevin silah tələblərinə vaxtında cavab verməyib. Silahlar döyüş bölgəsindəki vəziyyətə təsir etmək üçün çox gec gəlib".
Bu fikirlər Mark Bennetsin "The Times"da dərc olunan məqaləsindəndir.

Məşhur amerikalı aparıcı: "Kiyevə deyil, Moskvaya silah göndərək"
Hazırda Xarkov vilayətində fəaliyyət göstərən məqalə müəllifi 32-ci Ukrayna briqadasının batalyon komandiri Dmitri Berlimdən də sitatlar gətirib. Berlim deyib ki, aylarla davam edən tələblərdən sonra əldə olunan Qərb silahları çox gec göndərilib.

“Əgər keçən ilin payızında Amerika və Almaniya tankları alsaydıq, cəbhə xəttinin yarılması əməliyyatları daha uğurlu olardı”, - ukraynalı hərbçi gileylənib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ukraynalı döyüşçülərin irəliləməsinin qarşısını ala biliblər.

Batalyonun qərargah rəisi Mixail Lısenko isə qeyd edib ki, "Bizim tərəfimizdən tanklarla qarşı tərəfi yarıb keçmək elmi fantastika kimi bir şeydir".

Həm Berlim, həm də Lısenko əks hücum əməliyyatlarından əvvəl NATO təlimatçılarının rəhbərliyi altında təlimlər keçiblər. Lakin onların sözlərinə görə, bu taktikaların heç biri Rusiya ordusuna qarşı effektivliyini sübuta yetirməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Silah  





Xəbər lenti