Məşhur amerikalı aparıcı: "Kiyevə deyil, Moskvaya silah göndərək"

      Məşhur amerikalı aparıcı:    "Kiyevə deyil, Moskvaya silah göndərək"
  02 Noyabr 2023    Oxunub:1168
Məşhur amerikalı teleaparıcı Laura İnqram Ukrayna əleyhinə qalmaqallı çağırışlar edib. O, Fox News-un efirində təklif edib ki, ABŞ Ukraynaya deyil, birbaşa Rusiyaya silah versin.
“Bəlkə Pentaqon Rusiyaya birbaşa silah göndərməlidir? Axı, silahlar onsuz da onların əlinə keçəcək”, - İnqram qeyd edib.

Keçmiş kəşfiyyatçı: "Kiyev sülhə getməsə, yeni ərazilər itirəcək"
Jurnalist onu da vurğulayıb ki, Ukraynanın hazırkı durumunu müşahidə etməsi onu belə bir qənaətə gətirib.

Eyni zamanda İnqram Amerika büdcəsindən ayrılan vəsaitlərdən istifadə etməklə Ukraynaya hərbi yardımların davam etdirilməsinin tərəfdarı olanların arqumentlərini inandırıcı saymayıb.

Xatırladaq ki, noyabrın 1-də ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə söhbəti zamanı Vaşinqtonun Ukraynaya gələcəkdə də dəstək göstərməsiilə bağlı sadiqliyini ifadə etmişdi.

Bundan əvvəl isə ABŞ-da Ukraynaya görə silah istehsalçılarının gəlirlərinin artması məlum olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Silah   ABŞ   Ukrayna  





Xəbər lenti