Keçmiş kəşfiyyatçı: "Kiyev sülhə getməsə, yeni ərazilər itirəcək"
01 Noyabr 2023
Oxunub:973
Keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter diqqət çəkən açıqlamalar verib. O, “Müfəttişdən soruş” podkastında danışarkən deyib ki, əgər Kiyev Moskva üçün məqbul şərtlərlə sülh sazişi bağlamasa, Ukrayna ərazilərini itirməkdə davam edəcək.
Onun fikrincə, hazırda Ukraynanın ən azı beş bölgəsi “azadetmə əməliyyatlarının qanuni hədəfinə” çevrilib. Amma Ukrayna ərazilərinin daha 20-30%-ni də itirə bilər.
Ritter, həmçinin Rusiya Silahlı Qüvvələrinin Xüsusi Hərbi Əməliyyat (SVO) adlandırdıqları müharibə zamanı qarşıya qoyulan bütün vəzifələri həll edəcəyini bildirib. Ritter iddia edib ki, Ukrayna Silahlı Qüvvələri və Kiyevdə oturan hakim dairələr, hakimiyyət orqanları dağılmaq ərəfəsindədirlər.
Keçmiş kəşfiyyatçı belə hesab edir ki, “Nəticədə nə indiki formada olan Ukrayna, nə Zelenski hökuməti, nə də hakimiyyətdə "Banderaçılar" qalmayacaq".