İran Rusiyaya nota verdi

   İran Rusiyaya nota verdi
  24 Dekabr 2023    Oxunub:1347
Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. AzVision.az xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.
Bildirilib ki, müvəqqəti vəkilə Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar etiraz notası verilib.

Buna səbəb kimi, forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsi predmeti olan Fars körfəzindəki üç adanın mülkiyyətinə toxunulması olub. Belə ki, Rusiya xarici işlər naziri bu məsələdə probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllinə nail olmaq üçün irəli sürülən təşəbbüslər və səylərə dəstəyi vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti