Beş gündə ABŞ-a 50 min qanunsuz miqrant daxil olub

   Beş gündə ABŞ-a 50 min qanunsuz miqrant daxil olub
  25 Dekabr 2023    Oxunub:940
Amerika səlahiyyətlilərinin məlumatına görə, son beş gündə 50 min miqrant ölkəyə qeyri-qanuni yollarla daxil olub.
“CBC” xəbər verir ki, xüsusilə yüksək artım Texas ştatının Del Rio şəhərində qeydə alınıb, burada bir gündə miqrantların sayı rekord həddə - 6,4 min nəfərə çatıb. Daha 1,5 min miqrant mobil proqram vasitəsilə sərhəd məntəqələrində qəbulu gözləyir.

Qaçqınların daimi axını həm sərhədyanı ştatlar, həm də bu miqrantları qəbul edən digər ştatlar üçün böyük gərginlik yaradır. “CBS” qeyd edib ki, Cozef Bayden dövründə Ağ Evin hazırkı administrasiyası qaçqın axınının öhdəsindən gələ bilmədiyi üçün tənqidlə üzləşir.


AzVision.az


Teqlər:





Xəbər lenti