Qərb ölkələri Rusiyanın 14 xarici ofisini bağlayıb

Qərb ölkələri Rusiyanın 14 xarici ofisini bağlayıb
  25 Dekabr 2023    Oxunub:653
Rusiya xaricdə iki səfirlik və beş baş konsulluq açmağı planlaşdırır, qərarlar artıq razılaşdırılıb.
Bunu “kp.ru”ya müsahibəsində dövlət katibi - Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevqeni İvanov deyib. Onun sözlərinə görə, xarici ölkələrlə normal diplomatik münasibətlərin saxlanılması Rusiya xarici siyasətinin ən mühüm vəzifələrindən biridir.

Diplomat əlavə edib ki, son iki ildə Qərb ölkələri bir neçə yüz rusiyalı diplomatı ölkədən çıxarıb, 14 xarici ofisini bağlayıb. Eyni zamanda, o, yaxın gələcəkdə Rusiya Federasiyasının xaricdəki diplomatik mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənəcəyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti