BMT-nin gələn il üçün büdcəsi 3,59 milyard dollar olacaq

BMT-nin gələn il üçün büdcəsi 3,59 milyard dollar olacaq
  25 Dekabr 2023    Oxunub:790
BMT Baş Assambleyası dünya təşkilatının gələn il üçün büdcəsini 3,59 milyard dollar məbləğində təsdiq edib.
Bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. Oktyabrda BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının gələn il üçün 3,3 milyard dollarlıq büdcəsini Baş Assambleyanın Beşinci Komitəsinə təqdim edib.

Qeyd edək ki, 2023-cü ildə təşkilatın büdcəsi 3,4 milyard dollar, 2022-ci ildə isə 3,1 milyard dollar olub.

AzVision.az


Teqlər:





Xəbər lenti