Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

   Paşinyan Rusiyada səfərdədir -  YENİLƏNİB
  25 Dekabr 2023    Oxunub:1294
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunur ki, Sankt-Peterburqda Paşinyan bu gün Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.


****
Ermənistanın baş naziri Nikol Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb.

Bildirilib ki, dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı olacaq.

Sammit Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti