Tehran Moskvaya dərs keçmək iddiasındadır

    Tehran Moskvaya dərs keçmək iddiasındadır
  25 Dekabr 2023    Oxunub:1053
İran Rusiyaya tarix və coğrafiya elmləri üzrə müəllimləri göndərməyə hazırdır.
AzVision.az “Etemad online” saytının yaydığı məlumata istinadən xəbər veri ki, İran parlamentinin sədr müavini Müctəba Zunnuri İranın Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməyə hazır olduğunu bildirb.

“Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə ərəb dövlətlərinin rusları #aldatmasının qarşısını almaq istəyirik” , - Zunnuri deyib.

Bu iddia Mərakeşdə keçirilən Rusiya-Ərəb ölkələri birgə toplantısında, İran körfəzində yerləşən üç mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini əks etdirən bəyanatı Rusiyanın da dəstələməsinə cavab olaraq səsləndirilib.

Moskvanın bu xəyanətindən qeyzlənən İran hökuməti Rusiyaya tarix və coğrafiya müəllimləri göndərmək fikrinə düşüb.
AzVision.az




Teqlər: İran   Rusiya  





Xəbər lenti