Ermənistanda qızılcaya yoluxanların sayı 535 nəfərə çatıb

   Ermənistanda qızılcaya yoluxanların sayı 535 nəfərə çatıb
  25 Dekabr 2023    Oxunub:788
Ermənistanda ötən həftə qızılcaya 10 yeni yoluxma halı qeydə alınıb
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, son yeddi gündə yoluxanların ümumi sayı arasında səkkiz uşaq və iki böyük var. Üç vətəndaş xəstəxanaya yerləşdirilib.

Respublikada qızılcaya yoluxma hallarının ümumi sayı 535 nəfərə çatıb ki, bunun da 382 uşaq, 153 böyükdür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti