Ukrayna Rusiyanın hərbi gəmisini vurdu, 1 ölü, 2 yaralı- VİDEO+ YENİLƏNİB

   Ukrayna Rusiyanın hərbi gəmisini vurdu, 1 ölü, 2 yaralı- VİDEO+  YENİLƏNİB
  26 Dekabr 2023    Oxunub:1633
Bu gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasında xidmətdə olan “Novoçerkassk” iri desant gəmisini məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk öz Telegram-kanalında məlumat verib.

" Rusiyadakı donanma getdikcə azalır! Bu dəfə Rusiya Qara Dəniz Donanmasının flaqmanı "Moskva" kreyserindən sonra böyük desant gəmisi "Novoçerkassk" gedir", - o yazıb.


***
Feodosiyada baş verən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb, 6 binaya ziyan dəyib. Bu barədə jurnalistlərə Krımın rəhbəri Sergey Aksenov məlumat verib.

Onun sözlərinə görə, fövqəladə hadisə yerində yanğın baş verib, ancaq yanğının qarşısı qısa zamanda alınıb. Krım rəhbəri bildirib ki, hadisə yerində ixtisaslaşmış xidmətlər işləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti