Çin orbitə üç peyk çıxarıb

Çin orbitə üç peyk çıxarıb
  26 Dekabr 2023    Oxunub:827
Çin orbitə üç peyki uğurla çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, Quanqdonq əyaləti sahillərində “Long March-11” (Çançjen-11) daşıyıcı raketinin buraxılışı Pekin vaxtı ilə saat 6:39-da (Bakı vaxtı ilə saat 2:39) reallaşıb.

“Şiyan-24C” peykləri əsasən kosmik elm və texnologiya sahəsində təcrübələr üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti