İran Suriyada itki verdi - VİDEO

   İran Suriyada itki verdi -    VİDEO
  26 Dekabr 2023    Oxunub:1056
SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən biri Rəzi Musəvi İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.
AzVision.az İran mediasının yaydığı məlumata istinadən xəbər verir ki, İsrailin Suiryanın paytaxtı Dəməşq ətrafındakı Zeynəbiyyə bölgəsinə hücumu zamanı SEPAH-ın Suriyadakı qüvvələrinin təmsilçisi Seyid Rəzi kimi tanınan Rəzi Musəvi məhv edilib.

İranın Suriyadakı səfirinin açıqlamasına görə SEPAH üzvünün cəsədi binanın həyətinə düşüb.

Rəzi Musəvinin 2020-ci il yanvarın əvvəllərində Bağdadda ABŞ PUA-sının zərbəsi nəticəsində məhv edilmiş SEPAH-ın Qüds qüvvələrinin komandanı general Qasım Süleymaninin yaxın adamı olduğu bildirilir.

AzVision.az


Teqlər: Musəvi   məhv  





Xəbər lenti