Rusiyada patron və gilizlərin ixracına qoyulan qadağa uzadıldı

   Rusiyada patron və gilizlərin ixracına qoyulan qadağa uzadıldı
  26 Dekabr 2023    Oxunub:792
Rusiya hökuməti patron və gilizlərin ölkədən ixracına qoyulan müvəqqəti qadağanı 2025-ci ilin sonuna qədər uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin Telegram kanalında məlumat verilib.

“Rusiyada mülki və xidməti tüfəngli silahlar üçün patronların, eləcə də müəyyən çaplı tüfəngli odlu silahların gilizlərinin ölkədən çıxarılmasına qoyulan müvəqqəti qadağa 2025-ci il dekabrın 31-dək qüvvədə olacaq. Bu barədə sərəncam imzalanıb. Qərar dövlət maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiyadan patron və gilizlərin ixracına məhdudiyyət 2023-cü ilin mayında tətbiq edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti