İsrail nümayəndə heyəti Qahirəyə getdi

   İsrail nümayəndə heyəti Qahirəyə getdi
  26 Dekabr 2023    Oxunub:834
İsrail nümayəndə heyəti Fələstinin Həmas qrupunun təklif olunan atəşkəs konsepsiyaları və məhbus mübadiləsi sazişi ilə bağlı mövqeyini öyrənmək üçün Qahirəyə gəlib.
Bu barədə məlumatlı Misir mənbələrinə istinadən ərəb qəzeti “Əl-Ərəbi Əl-Cədid” məlumat yayıb.

Bundan əvvəl Misirin İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif etdiyi bildirilirdi. Buraya atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.

Nəşrin yazdığına görə, İsrail nümayəndə heyətinin tərkibinə “hökumətin məhbuslar və itkin düşmüş şəxslərlə bağlı işlərinə məsul şəxslər” daxildir.

Qəzet qeyd edir ki, Misirin təklifi HƏMAS tərəfindən “qəti şəkildə rədd edilməyib”. Nəşrin mənbələrinə görə, atəşkəs məsələsi hazırda dondurulub və İsrail tərəfinin “yeni mövqe” ehtiva edən cavabı gözlənilir. İsrail nümayəndə heyətinin Qahirəyə səfərinin təfərrüatları hərbi kabinetin iclasında müzakirə olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti