"Paşinyan və Əliyev sülh müqaviləsi bağlamağa hazır olduqlarını bəyan edirlər" - Peskov

   "Paşinyan və Əliyev sülh müqaviləsi bağlamağa hazır olduqlarını bəyan edirlər" -    Peskov
  26 Dekabr 2023    Oxunub:1371
"Ermənistan və Azərbaycan liderləri sülh danışıqlarını yekunlaşdırmağa və vahid sülh müqaviləsinə nail olmağa hazır olduqlarını bəyan edirlər".
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala müsahibəsində bildirib.

“Hansı qarşı tərəf? Onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər, heç bir risk yoxdur”,- Peskov ölkə liderlərini Sankt-Peterburqa dəvət etməyin riskli olub-olmaması sualını cavablandırarkən deyib.

Rusiya lideri Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitinə dəvət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti