Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib

   Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib
  26 Dekabr 2023    Oxunub:1280
Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib. Bu barədə RİA Novosti-yə qanunverici orqandakı mənbə bildirib.
“O, təsdiq edilib və baxılmaq üçün Baş Assambleyaya təqdim edilib”, - agentliyin iclas zalından həmsöhbəti bildirib. Onun sözlərinə görə, protokol səs çoxluğu ilə qəbul edilib.

İsveç keçən ilin may ayında Finlandiya ilə birlikdə Şimali Atlantika Alyansına ərizə təqdim edib. Stokholm hələ Budapeşt və Ankaradan yekun təsdiq almayıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti