Hindistan İranın dron hücumuna cavab verdi

   Hindistan İranın dron hücumuna cavab verdi
  27 Dekabr 2023    Oxunub:830
Hindistanın dəniz donanması Hind okeanının şimalında yerləşən Ərəb dənizində idarə edilən raketlər daşıyan esmineslər yerləşdirəcək.
AzVision.az “Euronews” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Hindistanın Qucarat əyaləti ətrafındakı sularda yük gəmisinə İrandan buraxılan PUA-nın hücumundan sonra, Hindistanın dəniz donanması Hind okeanının şimalında yerləşən Ərəb dənizində öz iştirakına qarşı təhdidlərdən çəkindirmək məqsədilə idarəolunan raketlər daşıyan esmineslər yerləşdirəcəyini açıqlayıb.

“Ərəb dənizdəki son hücumları nəzərə alaraq, Hindistanın hərbi dəniz qüvvələri çəkindirici varlığını qorumaq üçün Murmuqao, Koçi və Kəlküttə idarəolunan raket esmineslərini müxtəlif ərazilərdə yerləşdirəcək” , - Hindistan hökumətinin bəyanatında deyilir.

Bu addımın İranın Ərəb dənizindəki son hücum dalğasına cavab olduğunu vurğulayan Hindistan, bölgəyə Boeing P-8 (dəniz patrul təyyarəsi) də göndərəcəyini bildirib.
AzVision.az


Teqlər: Hindistan   İran  





Xəbər lenti