"İrəvan və Bakı arasında yaxşı perspektivlər görürük” - Zaxarova

   "İrəvan və Bakı arasında yaxşı perspektivlər görürük” -    Zaxarova
  27 Dekabr 2023    Oxunub:798
"Biz 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər əsasında İrəvan və Bakı arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görürük”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz öz tərəfimizdən əməkdaşlığın əsas istiqamətləri üzrə bütün layihələrin gələcək həyata keçirilməsinə sadiqik. Biz 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər əsasında İrəvan və Bakı arasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görürük”, - diplomat bildirib.

Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər də var.

"Eyni zamanda, Rusiya Cənubi Qafqazda münaqişənin azaldılmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıdır ki, bu da “3+3” məsləhətçi regional platforması çərçivəsində genişləndirilmiş qarşılıqlı fəaliyyətlə asanlaşdırıla bilər", -Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Zaxarovanın sözlərinə görə, ötən il bir çox ölkələr və xalqlar, o cümlədən Ermənistan üçün çətin olub.

“Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük. Qərb Ermənistan xalqının taleyinə tamamilə biganədir. Onlar (Qərbdə – red.) ermənilərin hisslərindən, tarixi yaddaşından, sırf öz maraqları üçün istifadə edirlər”, - Zaxarova deyib.

O bildirib ki, Rusiya Ermənistanın sülh, sabitlik və firavanlığına hər cür töhfə verməyə hazırdır. Zaxarova əmin edib ki, bu, həqiqətən də bir sıra səbəblərə görə Moskva üçün son dərəcə vacibdir.

"Onlar arasında “ümumi tarix, xalqların, mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional planın sabitliyi, ümumi çağırışlar, birlikdə həlli daha asan olan problemlər var".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti