Robert Koçaryana qarşı cinayət işinə xitam verilib

   Robert Koçaryana qarşı cinayət işinə xitam verilib
  27 Dekabr 2023    Oxunub:851
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.
AzVision.az "armenpress"ə istinadən xəbər verir ki, məhkəmə Robert Koçaryanın sərhədi keçməsinə qoyulan qadağanın, eləcə də əmlakının üzərinə həbs qoyulmasının aradan qaldırılması barədə də qərar verib.

Bundan əlavə, məhkəmənin qərarı ilə girov pulu Koçaryana qaytarılıb.

Xatırladaq ki, Koçaryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu.

AzVision.az



Teqlər:





Xəbər lenti