Jak Delor vəfat edib

Jak Delor vəfat edib
  27 Dekabr 2023    Oxunub:972
Müasir Avropa İttifaqının memarı kimi tanınan Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor 98 yaşında vəfat edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki bu barədə onun qızı Martin Obri bildirib.


Onun sözlərinə görə atası Parisdəki evində yuxuda ikən vəfat edib.

Jak Delor blok daxilində insanların, malların və xidmətlərin sərbəst hərəkətinə imkan verən vahid bazarın yaradılmasına töhfə verib.

1985-1995-ci illərdə Avropa Komissiyasına rəhbərlik edən Delor eyni zamanda vahid Avropa valyutası olan avronun əsasını qoyub.

Lakin inteqrasiyaya şübhə ilə yanaşanlar üçün, xüsusən də Böyük Britaniyada, o, Brüsselin müdaxiləsinin simvolu kimi qəbul olunurdu.

Jak Delor Avropa Komissiyasına üç müddətə rəhbərlik edərək bu postda ən uzun müddət çalışan şəxs olub.

Fransız sosialisti olan Jak İkinci dünya müharibəsindən sonra Avropada inteqrasiyaya möhkəm inanırdı.

1995-ci ildə vəzifəsini tərk etdikdən sonra, Delor seçkilərlə bağlı sorğularda böyük üstünlüyə baxmayaraq, Fransa prezidentliyinə namizəd olmaqdan imtina edib.
AzVision.az




Teqlər:





Xəbər lenti