Lavrov: “Qərb dövlətləri Cənubi Qafqaza sülh gətirməyə çalışmır”

      Lavrov:    “Qərb dövlətləri Cənubi Qafqaza sülh gətirməyə çalışmır”
  28 Dekabr 2023    Oxunub:1023
“Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:

“Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.

Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.

AzVision.az



Teqlər:





Xəbər lenti