Şindlerin siyahısı satışa çıxarıldı - FOTO

   Şindlerin siyahısı satışa çıxarıldı -    FOTO
  28 Dekabr 2023    Oxunub:930
Şindlerin siyahısının orijinal nüsxəsi “Moments in Time” hərracında satışa çıxarılıb.
Satıcı siyahının mövcud dörd nüsxəsindən biri üçün 1,8 milyon dollar istəyir. Kolleksiyaçı bu nüsxəni alman sənayeçisi Oskar Şindlerin mühasib və köməkçisi İzhak Şternin ailəsindən alıb.

Şindler Holokost zamanı 1200-ə yaxın yəhudini öz fabriklərində işlə təmin edərək onları xilas edib. O, işçiləri müvafiq siyahıya daxil edib.

Əvvəlki illərdə siyahıya görə 2 milyondan 2,5 milyon dollara qədər pul istənilsə də, alıcı tapılmayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti