Terrorçular şam ağacının altına bomba qoydular

   Terrorçular şam ağacının altına bomba qoydular
  28 Dekabr 2023    Oxunub:849
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Cəlal-Abadda terror aktları hazırlayan 16 yaşlı iki yeniyetmənin saxlanıldığını açıqlayıb.
İki şübhəli şəxs “İslam Dövləti - Vilayət Xorasan” terror təşkilatının xarici kuratorlarının göstərişi ilə Cəlal-Abadda əsas yolka ağacının altına əldəqayırma bomba yerləşdirməyə cəhd ediblər.

Bundan başqa, hücum edənlər şəhərdəki Müqəddəs Məryəm kilsəsinə də hücum etməyi planlaşdırıblarmış.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti