Avstraliyada gənc köpək balığının qurbanı oldu

Avstraliyada gənc köpək balığının qurbanı oldu
  28 Dekabr 2023    Oxunub:886
Avstraliyanın Cənubi Avstraliya əyalətində gənc köpəkbalığının hücumuna məruz qalaraq ölüb.
ABC News xəbər verir ki, ştat polisi York yarımadasındakı Ethel çimərliyi yaxınlığında bir nəfərin "ağır yaralandığı" barədə məlumat alıb. Xəbərdarlıqdan sonra əraziyə gedən polislər ölən gəncin köpək balığının hücumuna məruz qaldığını müəyyən ediblər.

Rayon sakinləri son vaxtlar okeanda çoxlu köpək balığı gördüklərini və bu vəziyyətdən narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, "Ethel Beach" turistlər və sörfçülər tərəfindən geniş şəkildə seçilən "Dhilba Guuranda-Innes" Milli Parkında yerləşir.


Teqlər:





Xəbər lenti