Zaxarova Qərbi irqçilikdə ittiham edib

   Zaxarova Qərbi irqçilikdə ittiham edib
  28 Dekabr 2023    Oxunub:1015
Qərb ölkələri digər ölkələrə mentorluq etməzdən əvvəl öz irqçilik və neokolonializm problemlərini həll etməlidir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.

Diplomat qeyd edib ki, Co Baydenin tribunadan ABŞ-ın yerli xalqları ilə qarşılıqlı əlaqənin vacibliyi haqqında dediyi sözlər onun hərəkətləri ilə ziddiyyət təşkil edir.

"Ştatlarda hindular hələ də rezervasiyalarda yaşayırlar. Hətta bəzi icmaların təxminən yarısı, hardasa 574 qəbilə inlara belə sahib deyillər", Zaxarova qeyd edib.

O, Amerika hindularının hüquqlar uğrunda mübarizəni davam etdirdiyini qeyd edərək, Amerika prezidentinin yerli icmaların hələ də keçmişin uğursuz siyasətlərinin kölgəsində yaşaması barədə sözlərini xatırladıb.

Zaxarova Kanada və Avstraliya hakimiyyətinin yerli əhaliyə qarşı siyasətini də xatırladıb: "Hakimiyyət 21-ci əsrdə aborigenlərdən uşaqları ələ keçirməyə davam edir".

AzVision.az


Teqlər:





Xəbər lenti