İsraildə ermənilərlə yəhudilər arasında qarşıdurma olub, 2 nəfər həbs edilib

   İsraildə ermənilərlə yəhudilər arasında qarşıdurma olub,    2 nəfər həbs edilib
  28 Dekabr 2023    Oxunub:979
İsraildə ermənilərlə yəhudilər arasında silahlı qarşıdurma olub.
AzVision.az xəbər verir ki, Qüdsün erməni məhəlləsinin “Koveru Partez” ərazisinə silahlı basqın nəticəsində rahiblər və erməni icmasının nümayəndələri yaralanıb. Erməni icmasından 6 təxribatçı və iki gənc polisə gətirilib.

Bildirilib ki, toqquşma erməni radikallarla yəhudilər arasında “İnək bağı” adlanan ərazidə baş verib. Ermənilərin ərazini mühasirəyə aldığı, oraya yəhudiləri buraxmadığı deyilir. Hadisəyə müdaxilə edən İsrail polisi bir neçə ermənini saxlayıb. Yaralıların olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti