Zelenski Papa ilə “sülh formulu”nu müzakirə edib

Zelenski Papa ilə “sülh formulu”nu müzakirə edib
  28 Dekabr 2023    Oxunub:1395
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Roma Papası Fransisklə danışıb.
AzVision.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" prezidentin bəyanatına istinadən məlumat yayıb.

“İndicə müqəddəs Papa Fransisk ilə danışdıq”, - bəyanatda deyilir. Zelenski Ukrayna və ukraynalılar üçün Milad bayramı münasibətilə təbriklərə və ədalətli dünya arzularına görə Papaya təşəkkür edib.

“Sülh formulu” üzrə birgə işimiz hamımız üçün müzakirə olunub. 80-dən çox dövlətin nümayəndələri öz səviyyəsində prosesdədir. Mən Vatikana bizim işimizi dəstəklədiyinə görə minnətdaram”, - deyə prezident əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti