Rusiyalıların 79%-i Putinə güvənir

Rusiyalıların 79%-i Putinə güvənir
  29 Dekabr 2023    Oxunub:1049
Rusiya prezidenti Vladimir Putinə ölkə vətəndaşlarının 79%-i etibar edir.
Bunu İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələri sübut edir. Prezidentin fəaliyyətini rusiyalıların 80%-i müsbət qiymətləndirir. Eyni zamanda, vətəndaşların 12%-i Putinə inanmır, respondentlərin 9%-i isə prezidentin işindən narazıdır.

Fondun sorğusu dekabrın 22-dən 24-dək baş tutub. Bu, Rusiya Federasiyasının 53 subyektində 1500 respondenti əhatə edib. Qeyd olunur ki, statistik səhv 3,6%-i keçmir.

AzVision.az


Teqlər:





Xəbər lenti