İsrail girovların azad edilməsi üçün danışıqlar aparır

   İsrail girovların azad edilməsi üçün danışıqlar aparır
  29 Dekabr 2023    Oxunub:1174
Baş nazir Benyamin Netanyahu radikal HƏMAS qruplaşmasının yaraqlıları tərəfindən oğurlananların qohumları ilə görüşündə Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqların aparıldığını açıqlayıb.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Netanyahunun sözlərinə görə, Misir və Qətər girovların qaytarılmasına şərait yaradır.

“Mən danışıqların mpvcud vəziyyəti ilə bağlı çox danışa bilmərəm, lakin biz onların hamısını evə qaytarmaq üçün çalışırıq. Məqsədimiz budur”, - deyə baş nazir bildirib.

Bundan əvvəl Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar bildirmişdi ki, Pakistan Fələstinlə həmrəylik əlaməti olaraq Yeni illə bağlı bütün şənlikləri qadağan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti