Bu barədə Amerikanın Fox News telekanalı Kolorado ştatının dövlət katibi Jena Qrisvolda istinadən məlumat yayıb. Onun sözlərinə görə, apellyasiya şikayətindən sonra Kolorado ştatının dövlət katibi Jena Qrisvold, ABŞ Ali Məhkəməsinin aşağı məhkəmənin qərarını təsdiq etmədiyi və ya işə baxmaqdan imtina etmədiyi təqdirdə, yanvarın 5-dən son tarixə qədər Trampı ilkin səsverməyə çıxaracağını açıqlayıb.
Bundan əvvəl Kolorado Respublika Partiyası ştatın Ali Məhkəməsinin keçmiş prezident Donald Trampın ilkin seçkilərdə iştirakını qadağan edən qərarından apellyasiya şikayəti vermişdi.
AzVision.az