Qərb İranın uranın zənginləşdirilməsini pislədi

   Qərb İranın uranın zənginləşdirilməsini pislədi
  29 Dekabr 2023    Oxunub:1156
Fransa, Almaniya, İngiltərə və ABŞ İranın yüksək zənginləşdirilmiş uran istehsalını artırmasını pisləyib.
Bu barədə “Reuters” ölkələrin birgə bəyanatına istinadən məlumat yayıb. “İranın yüksək zənginləşdirilmiş uran istehsalının heç bir etibarlı mülki əsası yoxdur. Bu qərarlar gərgin regional kontekstdə ehtiyatsız davranışı təmsil edir. Biz bu hərəkəti pisləyirik”, - birgə bəyanatda deyilir.

Qeyd olunur ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) əvvəllər İranın 60%-ə qədər saflığı olan yüksək zənginləşdirilmiş uranın istehsalını sürətləndirdiyini bəyan edib - bu, silah səviyyəsinə yaxın zənginləşmə dərəcəsidir, onun köməyi ilə üç atom bombası yaratmaq mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti