ABŞ İsrailə 147,5 milyon dollarlıq mərmi satıb

   ABŞ İsrailə 147,5 milyon dollarlıq mərmi satıb
  30 Dekabr 2023    Oxunub:1126
ABŞ dövlət katibi Antoni Blinken İsrailə 147,5 milyon dollar dəyərində 155 millimetrlik mərmi satışını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat verib.

“Dövlət katibi ABŞ-ın milli təhlükəsizliyinin maraqları naminə siyahıya alınmış hərbi əşyaların və xidmətlərin İsrail hökumətinə dərhal satılmasını tələb edən fövqəladə halların mövcud olması ilə bağlı təfərrüatlı şəhadətnaməni yekunlaşdırıb və Konqresə təqdim edib”, - bəyanatda deyilir.

"Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir. İsrailin özünümüdafiə imkanlarının inkişafı və saxlanmasına yardım ABŞ-ın əsas milli maraqlarına cavab verir", deyə Pentaqon qeyd edib. Mətndə qeyd edilib ki, yəhudi dövlətinə mərmi satışı bölgədəki əsas hərbi balansı dəyişməyəcək. Mərmilər ABŞ ehtiyatlarından İsrailə veriləcək, çünki Pentaqon bunun ABŞ silahlı qüvvələrinin "döyüş hazırlığına təsir etməyəcəyinə inanır.

AzVision.az


Teqlər:





Xəbər lenti