Türkiyə Superkubokunun Xankəndidə keçirilməsi təklif edilir

   Türkiyə Superkubokunun Xankəndidə keçirilməsi təklif edilir
  30 Dekabr 2023    Oxunub:1299
“Qalatasaray” ilə “Fənərbaxça” arasında Türkiyə Superkubok matçı xarici ölkədə oynanılacaqsa, bu Xankəndi şəhəri ola bilər.
AzVision.az xəbər verir ki, bu təklifi türkiyəli siyasətçi Sinan Oğan irəli sürüb. O, bu barədə "X" platformasında paylaşım edib:

"Əgər oyunun xarici ölkədə keçirilməsini xüsusi istəyiriksə, mən Xankəndi stadionunu təklif edirəm. Əks təqdirdə belı oyun türkiyənin paytaxtına yaraşır".

Qeyd edək ki, superkubok oyunu dünən Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin bəzi qadağalar səbəbindən komandalar oyuna çıxmaqdan imtina edib.

Xatırladaq ki, Sinan Oğan Türkiyəki sonuncu prezident seçkilərində namizədlərdən biri olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti