MDB-yə sədrlik Rusiyaya keçib

   MDB-yə sədrlik Rusiyaya keçib
  01 Yanvar 2024    Oxunub:867
Rusiya bu gündən MDB-yə sədrlik etməyə başlayıb.
Təşkilata sədrlik Qırğızıstandan Rusiyaya keçib.Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir.

O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti