2023-cü ildə dünyada 21 milyarder ölüb

   2023-cü ildə dünyada    21 milyarder ölüb
  01 Yanvar 2024    Oxunub:1300
Keçən il “Forbes” siyahısında yer alan 21 milyarder dünyasını dəyişib.
Bu barədə nəşr məlumat yayıb. Bu milyarderlərdən 9-u ABŞ vətəndaşı olub, üçü Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib. 21 ölümdən yalnız biri qadın olub - Tes Çjao Nin son 20 ildə xərçənglə mübarizə apardıqdan sonra 56 yaşında vəfat edib.

2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib. O, Parisdəki “Ritz” otelinin sahibi idi və keçmişdə London univermağı “Harrods” və “Fulham” Futbol Klubunun rəhbəri olub.

Ölən ən yaşlı milyarder avtomobil satıcıları şəbəkəsinin sahibi, Clear Channel radiostansiyasının (hazırda iHeartMedia) yaradıcısı Billi Co Makkombs (95 yaş) və "Berkshire Hathaway"in sədr müavini və səhmdarı, milyarder Çarls Manqerdir (99 yaş).

2023-cü ildə vəfat edən milyarderlər arasında amerikalı musiqiçi və iş adamı Cimmi Baffett, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni, “Intel”in həmtəsisçisi Qordon Mur, Hindistanın ən böyük boya şirkəti Asian Paints Ltd-nin direktoru Aşvan Dani (siyahıdakı ən zəngin, sərvəti 8 milyard dollar idi) də var.


AzVision.az



Teqlər:





Xəbər lenti