Almaniyada terror törətmək istəyən 3 nəfər ələ keçdi

Almaniyada terror törətmək istəyən 3 nəfər ələ keçdi
  01 Yanvar 2024    Oxunub:1003
Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bu barədə DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, hücum üçün potensial hədəflərdən biri kimi şəhərin simvolu və Almaniyanın ən məşhur abidələrinin sırasına daxil edilən Köln Katedralı olub.

Köln Katedralı dünyanın ən hündür üç kilsəsindən biridir və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bundan əvvəl məlum olub ki, Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları respublika ərazisində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan 5 gənci azad ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti