Kim Çen In Vaşinqton və Seulu məhv etməklə hədələdi

   Kim Çen In Vaşinqton və Seulu məhv etməklə hədələdi
  01 Yanvar 2024    Oxunub:1214
Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.
Onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib. “Yoldaş Kim Çen In bildirib ki, inqilabımızın amansız tərəqqisi ilə ABŞ-ın və onun qarşısını almağa çalışan Koreya Respublikasının ünsürlərinin ölməkdə olan intriqaları daha da güclənəcək. Ordumuz düşmən təxribatlarının qarşısını amansızcasına almalıdır”-deyə, o bildirib.

Qeyd olunub ki, Kim Çen In düşmənlərini məhv etmək üçün bütün super güclü vasitələrin arsenalından istifadə etməyə hazırdır.


AzVision.az


Teqlər:





Xəbər lenti