Hindistan kosmosa yeni peyk buraxıb

Hindistan kosmosa yeni peyk buraxıb
  01 Yanvar 2024    Oxunub:1179
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) qara dəliklərlə bağlı araşdırmalarının bir hissəsi olaraq PSLV-C58 daşıyıcı aparatını XPoSat peyki ilə kosmosa uğurla buraxıb.
Bu barədə ISRO-nun saytında məlumat verilib. Raket Benqal körfəzindəki Şriharikota adasındakı kosmodromdan buraxılıb. Qeyd olunub ki, XPoSat ISRO-nun göy cisimlərinin rentgen tədqiqatlarının kosmik ölçüləri sahəsində tədqiqatlar üçün nəzərdə tutulmuş ilk ixtisaslaşmış elmi aparatıdır.

Peyk POLIX (Astronomiya üçün X-ray Polarimetri) və XSPECT (Rentgen Spektroskopiyası və Zamanlama Aləti) ilə təchiz olunub.

Hindistan ABŞ-dan sonra qara dəliklərin və neytron ulduzlarının tədqiqi üçün stansiyaya malik ikinci ölkə olub. PSLV-C58 raketində quraşdırılan avadanlıq daha 10 elmi təcrübənin aparılmasına imkan verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti