İtalyalı mafiya başçısı İspaniyada tutuldu

İtalyalı mafiya başçısı İspaniyada tutuldu
  01 Yanvar 2024    Oxunub:964
Qaçaq italyalı mafiya başçısı Nikola Rullo İspaniyada yaxalanıb.
Bu barədə "Ansa" Neapol Carabinieri departamentinə istinadən xəbər verib. Rullo daha böyük "Kontini" cinayət ailəsinin bir hissəsi olan "Kontini" dəstəsinə rəhbərlik edirdi.

Həmin şəxs həbsxanada ekstradisiyasını gözləyir. O, 2023-cü il sentyabrın 26-da Neapol prokurorluğunun qərarı ilə axtarışa verilib. 2020-ci ildə o, həbsdən azad edilib. İspaniyada Rullo dekabrın 15-dən Alikantedəki "El Plantio Golf Resort"da qalırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti