ABŞ hərbçiləri ilə husilər arasında şiddətli toqquşmalar baş verib

ABŞ hərbçiləri ilə husilər arasında şiddətli toqquşmalar baş verib
  02 Yanvar 2024    Oxunub:1049
Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər arasında döyüş başlayıb.
Bu barədə Sky News Arabia telekanalı Yəməndəki mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Qırmızı dənizdə husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti