Maduro: "Bu qərar Argentinanı 19-cu əsrə qaytaracaq"

   Maduro:    "Bu qərar Argentinanı 19-cu əsrə qaytaracaq"
  02 Yanvar 2024    Oxunub:1071
Venesuela prezidenti Nikolas Maduro argentinalı həmkarı Xavyer Mileyin ölkənin BRİKS-ə qoşulmasından imtina etmək qərarını tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə Maduro “Le Monde diplomatique” qəzetinə ənənəvi müsahibə bildirib.

“Argentinanı BRİKS-dən kənarlaşdırmaqla Xavyer Miley argentinalılara qarşı hərəkət edir. Bu, onun Argentinaya qarşı etdiyi ən yöndəmsiz və axmaq şeylərdən biridir”-deyə, o bildirib.

O əlavə edib ki, belə bir qərar Argentinanı 19-cu əsrə qaytaracaq.

Bundan əvvəl Nikolas Maduro artıq Argentinanın seçilmiş prezidenti Xavyer Mileyin neoliberal siyasi proqramını və planlarını sərt şəkildə tənqid etmişdi.
AzVision.az



Teqlər:





Xəbər lenti